“Həmin vaxt “Liverpul”a transfer olunaraq, doğru qərar verdiyimi düşünürəm”

“Liverpul”un müdafiəçisi Vircil van Dayk açıqlama verib.

Komanda.az xəbər verir ki, “BT Sport”a danışan niderlandlı futbolçu, “qırmızılar”a transferi və oyunu ilə bağlı danışıb:

“Bura gələndə məşq qrafikimiz çox sıx idi, məndən çox şey gözlənilirdi. “Liverpul”a gəlməmişdəm əvvəl hər şeyi nəzərdən keçirdim, azarkeşləri, klubu, şəhəri. Baş məşqçi məndən çox şey istəyirdi və bu gün bu səviyyədə olmağıma çox kömək etdi. Həmin vaxt “Liverpul”a transfer olunaraq, doğru qərar verdiyimi düşünürəm. Müdafiəçi olaraq hər zaman oyunumuzu yüksək səviyyədə saxlamağa çalışırıq. Hər zaman yaxşılaşdırmağım lazım olan xüsusiyyətim var. Buna görə də, üzərimdə çox çalışıram”.

28 yaşlı futbolçu 2018-ci ilin yanvarında “Liverpul”a transfer olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button