“Həmin qol psixoloji cəhətdən futbolçularımı sındırdı”
“Monako”nun baş məşqçisi Filipp Kleman Fransa çempionatının 36-cı turunun “Lion”la görüşünü (1:3) şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, matça yaxşı başladıqlarını söyləyib:
“Özümüzə diqqət yetirməliyik. Ətrafımızda baş verən hadisələrdən yayınmalıyıq. “Lion”la matça yaxşı başladıq, penalti qazandıq və qarşılaşmanın ikinci dəqiqəsində hesabı açdıq.
Qapımızın önündə təhlükəli epizodlar yaşadıq. 38-ci dəqiqədə qol buraxdıq. Həmin qol psixoloji cəhətdən futbolçularımı sındırdı. Fasilədən sonra meydançada fərqli “Monako” gördük. Belə olmamalı idi”.
“Monako” hazırda Liqa 1-in turnir cədvəlində 65 xalla dördüncü, “Lion” isə 59 xalla yeddincidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin