Həmin o üçüncü qol…
Rəşad Ergün
Albanların Azərbaycan millisinin qapısına vurduğu üçüncü qol səviyyə fərqi idi. İki ölkənin futbolu və futbolçuları arasındakı səviyyə fərqi. Albaniya ilə Azərbaycan futbolunun təməlindəki səviyyə fərqi. Kim necə futbol oynayır, kimə futbol oynamağı necə öyrədiblər? Öyrədiblərmi? Bütün bu sualların cavabı idi albanların yoxlama oyununda azərbaycanlıların qapısından keçirdiyi ücüncü qol.
Həmişə demişəm, hər dəfə də deyəcəm, “Qarabağ”dan əcnəbi futbolçuları götür, ortada sadəcə qaçan, mübarizə aparan, tullanan, yıxılan, sürüşən, uzanan bir komanda qalacaq – azərbaycanlı futbolçuların “klassik komanda”sı. Bu “klassik komanda” bizə necə də tanışdır, doğmadır…
Azərbaycan futbolunun Albaniya futboluna, azərbaycanlı futbolçuların alban futbolçulara çatmasına uzun illər var, çox uzun illər.
Allah uzun ömür versin.
Bizi Facebook-da izləyin