“Orteqa “Mançester Siti”yə çempionluq gətirdi” – Keçmiş futbolçu

“Liverpul”un və İngiltərə millisinin sabiq futbolçusu Cimi Karrager Premyer Liqanın 34-cü turunun təxirə salınmış görüşündə “Mançester Siti”nin “Tottenhem” üzərində səfərdə qazandığı qələbədən sonra (2:0) çempionluq haqda danışıb.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, “Mançester Siti”nin “Arsenal”la görüşünə də toxunub:

“Həmin axşam Orteqa (qapıçı) “Mançester Siti”yə çempionluq gətirdi. Hesab 1:0 olarkən komandanı xilas etməsəydi, “Arsenal” Premyer Liqanın qalibi olacaqdı. Hər şey çox yaxın idi”.

Premyer Liqanın son turu öncəsi Pep Qvardiolanın komandası ikinci yerdə qərarlaşan “Arsenal”ı iki xal qabaqlayaraq turnir cədvəlinə başçılıq edir. Premyer Liqanın son matçında “şəhərlilər” “Vest Hem”i qəbul edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button