
Neymar: “Mən qəsdən belə qol vurmuşam”
“Santos”un hücumçusu Neymar bu yaxınlarda “Limeyra” ilə oyunda (3:0) vurduğu qolla bağlı fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, künc zərbəsindən birbaşa fərqlənən braziliyalı futbolçu bunu qəsdən etdiyini bildirib:
“Demək istəyirəm ki, mən qəsdən belə qol vurmuşam. Həmin an fikirləşdim ki, qol vursam, onların azarkeşləri şoka düşəcək. Qol vurduqdan sonra azarkeşlərə üzümü tutub dedim: “Yaxşı, siz nə fikirləşdiz?”
33 yaşlı Neymar azad agent kimi “Santos”a keçib. Onunla bu ilin iyun ayının sonuna kimi olan müqavilə imzalanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin