
Braziliyalı futbolçu İngiltərə klubundan ayrılacağını açıqladı
“Vest Hem”in yarımmüdafiəçisi Lukas Paketa azarkeşlərini məyus edib.
Komanda.az xəbər verir ki, braziliyalı futbolçu sosial şəbəkə hesabındakı paylaşımında bu mövsümün klubdakı sonuncu olacağını açıqlayıb, komanda yoldaşlarına və klubun əməkdaşlarına təşəkkürünü bildirib:
“Məni qəbul edən, mühakimə etməyən, son ana qədər inanan, sevən və evdəki kimi hiss etdirən insanlardan söhbət gedir. Hələ vidalaşmaq vaxtı deyil! Daha bir mövsümü birlikdə keçirəcəyik!”
Paketa mübahisəli oyunlarla bağlı iş üzrə bəraət qazandıqdan sonra yenidən parlaq oyun nümayiş etdirib. O, komandanın heyətində 3 matçda 2 qol vurub, Braziliya millisində isə Çiliyə qarşı matçda fərqlənib.
Paketanın işi üzrə istintaq 2 il davam etmiş və futbolçunun “Mançester Siti”yə transferinin baş tutmamasına səbəb olmuşdu. O, yay transfer pəncərəsində demək olar ki, klubunu dəyişəcəkdi. Onun xidmətində “Aston Villa” maraqlı idi.
Bizi Facebook-da izləyin



