
Dzeko: “Hələ məni silmək tezdir”
“Fənərbaxça”nın sabiq hücumçusu Edin Dzeko “Fiorentina”ya keçidindən sonra yaşın onun məhsuldarlığına necə təsir etdiyindən danışıb.
Komanda.az xəbər verir ki, “Sky Sport”-a danışan bosniyalı forvard yaşın onun üçün əhəmiyyətinin olmadığını bildirib:
“Yaş önəmli deyil, hələ məni silmək tezdir. 39 yaşlı futbolçu olaraq bəzən digərlərindən daha çox çalışmaq məcburiyyətində qalıram, amma bu, işin bir hissəsidir. Özümü yaxşı hiss edirəm. Komanda olaraq çox çalışırıq və bu, gələcəkdə öz bəhrəsini verəcək”.
O, həmçinin, klubdakı mühitdən də razı qaldığını deyib:
“Komanda, oyunçular və mənimlə eyni vaxtda gələn baş məşqçi (Stefano Pioli) ilə münasibətlərimiz çox pozitivdir. Futbolçular motivasiyalıdır, çalışmaq istəyirlər və baş məşqçi bizə meydanda nələri görmək istədiyini tədricən çatdırır”.
“Fiorentina”nın yeni hücumçusu Konfrans Liqasını da hədəfdən kənarda qoymayıb:
“Konfrans Liqası haqqında çox düşünürük. Bu, avrokubok turniridir və biz mütləq mümkün qədər irəliləmək istəyirik”.
Bizi Facebook-da izləyin



