“Hələ heç nə itirilməyib”

“Arsenal”ın hücumçusu Qabriel Jezus bildirib ki, “topçular” İngiltərə Premyer Liqasının 33-cü turunda “Mançester Siti”yə uduzsa (1:4) da, çempionluq şansını hələ də itirməyib.

Komanda.az “Sportwitness”-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu mövsümün sonuna kimi hər şeyin baş verə biləcəyini deyib:

“Çətindir, amma hələ heç nəyin itirilmədiyi aydındır. Mövsümün sonuna qədər Premyer Liqada hər şeyin baş verə biləcəyini bilirik. Öndə olduğumuzu bilirik, lakin “Mançester Siti”nin qarşıda daha iki oyunu var.

Biz öz oyunumuza diqqət yetirməliyik. Biz liderliyə yaxşı oyun göstərərək, yaxşı matçlar keçirərək, qollar vuraraq yüksəlmişik. Bu, çox vacibdir. İndi yenə bizim üçün hər oyun final kimidir. Təəssüf ki, bir neçə oyun istədiyimiz kimi olmadı, amma hələ heç nə itirilməyib”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button