“Bura qayıtmağımın böyük bir səbəbi var” – Beyl

UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində “Lask”a 3:0 hesabı ilə qalib gələn “Tottenhem”in futbolçusu Qaret Beyl açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, ideal formasında olmadığını bildirən uelsli futbolçu, bunları deyib:

“Bu oyunların əhəmiyyətini bilirik. Bəlkə də, bu, bizim ən yaxşı oyunumuz deyildi, amma vacib üç xal qazandıq. Hələ də tam hazır olduğumu deyə bilmərəm. Ümid edirəm ki, ideal formama qayıtmağım uzun çəkməyəcək. Bu kluba qayıtdığım üçün xoşbəxtəm. Burda olmaq heyrətamizdir. Bura qayıtmağımın böyük bir səbəbi var, sevilmək və qiymətləndirilmək. Bu forma üçün hər şeyi edəcəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button