DÇ-2022: Argentinalı futbolçu özünə gələ bilmir
Argentina millisinin yarımmüdafiəçisi Rodriqo de Paul DÇ-2022-nin yarımfinal mərhələsinin Xorvatiya ilə matçı barədə danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, azarkeşlər barədə də fikir bildirib:
“Mən hələ də özümə gələ bilmirəm. Biz bu mərhələyə qədər gəlmək üçün çox çalışdıq. Düşünürəm ki, buna layiq komandayıq. Bu komanda bir daha nələrə qadir olduğunu göstərdi. Azarkeşlərə dəstək olduqları üçün təşəkkür edirik. Ümid edirəm ki, bütün ölkə qələbə qazandığımız üçün sevinclidir”.
Argentina millisi DÇ-2022-nin yarımfinal mərhələsində Xorvatiyanı məğlub edərək (3:0), finala vəsiqə qazanıb. Cənubi Amerika təmsilçisi DÇ-2022-nin həlledici görüşündə Fransa – Mərakeş matçının qalibi ilə üz-üzə gələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin