Beyl Azərbaycan millisinin də olduğu qrupdakı şanslarını dəyərləndirdi

AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycanla birlikdə E qrupunda mübarizə aparan Uels millisinin və “Real”ın futbolçusu Qaret Beyl açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 30 yaşlı futbolçu, Uels millisinin qrupdakı vəziyyəti barədə danışıb:

“Seçmə mərhələdə uğursuz nəticələr göstərdik, amma hələ də Avropa çempionatına qatılmaq şansımız var. Belə şansımız olmasaydı, mən də burda olmazdım. Vaxtımı boşa xərcləmərəm. Böyük turnirlərdə iştirak etməyi sevirəm. Öz bacarıqlarımıza inanıram”.

“Real”ın futbolçusu, hazırkı fiziki vəziyyətindən də danışıb:

“Hər futbolçu yaxşı oyun göstərməklə və qol vurmaqla inam qazanır. Həmişə qol vurmaq və komandama kömək etmək istəyirəm. Yayda istədiyim formada deyildim, amma indi yaxşı vəziyyətdəyəm və tam hazıram. Özümə və meydanda edə biləcəklərimə inanıram”.

Uels yığması 6 xalla E qrupunun 3-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button