“Hələ çox işləməliyik” – Kurban Berdıyev

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Premyer Liqanın 3-cü turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, təcrübəli mütəxəssis 3:0 hesablı qələbəni belə şərh edib:

“Qazandığımız qələbədən çox məmnunam. Oyunda müsbət hissələr də oldu, mənfi məqamlar da. Hələ çox işləməliyik. Ümumi olaraq uşaqlara görə çox şadam. Qələbə münasibəti ilə də hamısını təbrik etdim. Azarkeşlərdən də hiss etmək olurdu ki, bu, əsl Qərb derbisidir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button