
Qvardiola zədəli futbolçu haqda: “Kifayət qədər ciddi məsələdir”
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandanın müdafiəçisi Natan Akenin sağalma prosesinin gedişindən danışıb.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı əməliyyatın kifayət qədər ciddi məsələ olduğunu deyib:
“Əməliyyata gəlincə, bu, kifayət qədər ciddi məsələdir. Həkimlər mənə Akenin 10 və ya 11 həftədən sonra qayıdacağını söylədi. Bu, nəyinsə səhv getməsi deməkdir”.
30 yaşlı futbolçu bir neçə gün əvvəl sol ayağından əməliyyat olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin