
“Həftə ərzində bu qələbəni əldə etmək üçün çox çalışdıq” – “Sabah”ın baş məşqçisi
“Sabah” Azərbaycan Premyer Liqasının 5-ci turunda bu gün “Turan Tovuz”u qəbul edib.
Komanda.az xəbər verir ki, 2:0 hesabı ilə qalib gələn “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskasın oyundan sonra mətbuat konfransı keçirilib. Litvalı mütəxəssis həftə ərzində bu qələbəni əldə etmək üçün çox çalışdıqlarını bildirib:
“Mən öncə “Sabah” rəhbərliyini, futbolçuları bugünkü qələbə münasibətilə təbrik edirəm. Həftə ərzində bu qələbəni əldə etmək üçün çox çalışdıq. Bu, iş prosesinə inamdır ki, get-gedə artırırıq, daha da irəli gedirik. Düzdür, üç hətə ərzində qalibiyyət əldə etməmişdik. Bu qələbəni də bizi dəstəkləyənlərə hədiyyə etmək istəyirik.
Bu qələbəni “Turan” kimi komandalarla oyunda əldə etmək bizim üçün daha xoşdur. Çünki bu tip komandalara qarşı çox az şanslar əldə edirsiz. Belə komandalar öz qapılarına yaxın oynayırlar və sıx müdafiə olunurlar. “Turan” müdafiə cəhətdən çox yaxşı təşkil olunmuş komandadır və onlara qarşı qapımızı toxunulmaz saxlamaq da çox önəmlidir.
Bütün komandalar “Turan”ın müdafiəsindən nələrsə götürməlidir. Düzdür, rəqib deyə bilərəm ki, heç yarım qol fürsəti yarada bilmədi. Mən çox şadam ki, qapımızı toxunulmaz saxlaya bildik”.
“Sabah” növbəti turda “Sumqayıt”ın qonağı olacaq.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



