“Hədəfimizə çatmaq üçün daha da inkişaf etməliyik”

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 27-ci turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Dinamik oyun alındı. “Şamaxı” yaxşı işlər görür. Cavid Hüseynovla Vüqar Əsgərliyə alqış düşür. Öz komandama gəlincə, futbolçular istədiyimi meydanda etməyə çalışdırlar. Daim topa nəzarət etmək və hücumda çoxalmaq istəyirdik. Bunu da meydanda gördük. Hədəfimizə çatmaq üçün daha da inkişaf etməliyik.

Əyyub Allaşın oyununa gəlincə, universal futbolçudur. 3 mövqedə oynaya bilir. Qollar vurması xoşdur. Komandanın oyun üslubunu yavaş-yavaş anlayır. Qarşıdakı matçlarda daha da yaxşı olacaq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button