DÇ-2022-ni kənardan izlədiyi üçün hirslənib
“Mançester Siti”nin hücumçusu Erlinq Haland İngiltərə Premyer Liqasının 17-ci turunun “Lids”lə oyunu haqda (3:1) danışıb.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, oyunda dubla imza atan norveçli futbolçu daha çox qol vurmalı olduğunu deyib:
“Hədəfim var, amma adını deyə bilmərəm. Sadəcə paltardəyişmə otağında dedim ki, beş qol vura bilərəm. Baxmayaraq ki, ən əsası qələbə qazanmaqdır. İndi “Arsenal” zirvədədir. Ona görə də, biz onlara çatmalıyıq. Hücumçu olduğum üçün daha çox qol vurmalıyam.
Başqalarının dünya çempionatının qalibi olmaq üçün qol vurduğunu izləmək məni motivasiya etdi. Həm də əsəbiləşdirirdi. Mən indi həmişəkindən daha hazırlıqlıyam.
“Lids”lə oyunda atam və anam stadionda idilər. Bu, mənim üçün xüsusi hadisədir. Mən xoşbəxtəm. Nə vaxtsa “Mançester Siti”nin heyətində “Lids”ə qol vuracağımı təsəvvür edə bilməzdim”.
Hazırda “Mançester Siti” 35 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində 2-ci pillədədir.
Bizi Facebook-da izləyin