Əlvida, həbsxana, xoş gördük, azadlıq

Həbsdə olan rusiyalı futbolçular – Aleksandr Kokorinlə Pavel Mamayev azadlığa buraxılır.

Komanda.az xəbər verir ki, məhkəmə hər iki oyunçunun şərti azadlığa buraxılması tələbini qəbul edib. Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Kokorin və Mamayev məhkəmənin qərarı qüvvəyə minəndən (10 gün) sonra şərti azadlığa buraxılacaq. Kokorinin qardaşı Kirill də azadlığa buraxılıb.

Mamayev, Kokorin və onun qardaşı Kirill ötən il oktyabrın 11-də həbs ediliblər. Onlar Sənaye və Ticarət Nazirliyi Departamentinin rəhbəri Denis Pak, həmçinin “Birinci kanal”ın aparıcısı Olqa Uşakovanın sürücüsü Vitali Solovçuku döyməkdə ittiham olunurdular.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button