Həbsə düşdü, çempion oldu, donuz qazandı
Bir müddət əvvəl saxta pasport istifadə etdiyi üçün həbs olunan keçmiş futbolçu Ronaldinyo Paraqvaydakı həbsxanada keçirilən futbol turnirinin qalibi olub.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, braziliyalı sabiq yarımmüdafiəçinin klubu final oyununda rəqibini 11:2 hesabı ilə məğlub edərək, qalib olub. Ronaldinyo final qarşılaşmasında 5 qolla yadda qalıb.
Şərtlərə görə, turnirin qalibi olan komandaya 16 kq-lıq donuz hədiyyə olunur.
Ronaldinyoya məlum səbəbə görə 6 aylıq həbs cəzası verilmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin