“Həyatımın növbəti 10-15 ilində bu komandada oynamaq istəyirəm” – Bellingem
İngiltərə millisinin yarımmüdafiəçisi Çud Bellingem AÇ-2024-ün seçmə mərhələsində İtaliya yığması üzərində qazandıqları qələbədən (3:1) danışıb.
Komanda.az “Mirror”-a istinadən xəbər verir ki, 20 yaşlı futbolçu komandanın düzgün istiqamətdə olduğunu bildirib:
“Hər dəfə yaxşılaşıram. Bizim üçün çox yaxşı bir axşam oldu. Bir neçə il əvvəl bizi burada oynayanda baş verənləri hamımız xatırlayırıq. Amma biz düzgün istiqamətdə gedirik və bu, bizim üçün çox vacib qələbədir. Hazırda futbolu sevirəm. Klubdakı rəhbərlik mənə istədiyim kimi oynamaq azadlığı verir”.
O, “Real”dakı gələcəyi ilə bağlı fikirlərini də bölüşüb:
“Həyatımın növbəti 10-15 ilində bu komandada oynamaq istəyirəm.”
İngiltərə yığması 6 oyundan 16 xal toplayıb və C qrupunun turnir cədvəlində birinci yerdədir.
Bellingem La Liqada “kral klubu”nun heyətində 8 oyun keçirib, 8 qol vurub, 2 məhsuldar ötürmə edib.
Bizi Facebook-da izləyin