Həyat yoldaşının təqibdən çıxardığı, şəkillərini sildiyi Müllerdən açıqlama

“Bayern”in futbolçusu Tomas Müller ailəsi ilə problemlərinin olması ilə bağlı yayılan məlumatlara cavab verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı hücumçu hər şeyin qaydasında olduğunu deyib:

“Bəli, hər şey yaxşıdır”.

Müllerin həyat yoldaşı Liza sosial şəbəkədə futbolçunu təqibdən çıxarıb və birlikdə çəkilmiş bəzi şəkilləri silib.

Cütlük 15 ildir evlidir. Müllerlə Liza birlikdə Otterfinq yaxınlığında (Münhendən 30 kilometr cənubda) damazlıq fermaya sahibdirlər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button