“Həyat yoldaşım hamilə olduğu üçün…” – Kadi Borges
“Hazırda yeni mövsümün hazırlığını gözləyirik. Özümü toplanışa tam hazır hiss edirəm”.
Komanda.az xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Kadi Borges klubun rəsmi saytına açıqlamasında deyib.
26 yaşlı yarımmüdafiəçi istirahət etmək üçün çox vaxtlarının olmadığını bildirib:
“Az vaxtdan səmərəli istifadə etməyə çalışdıq. Həyat yoldaşım hamilə olduğu üçün Braziliyaya yollana bilməzdik. Çünki yol uzun müddətlidir. Bu səbəbdən, istirahətimizin bir hissəsini Azərbaycanda keçirdik. Daha sonra beş günlük Dubaya yollandıq və orada dincəldik. Ümumiyyətlə, hər şeydən razı qaldıq”.
“Qarabağ” yeni mövsümün hazırlıqlarına iyunun 9-da Bakıda start verəcək. Ölkə çempionu iyunun 20-də təlim-məşq toplanışının növbəti mərhələsi üçün Avstriyaya gedəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin