Həyat yoldaşı: İkardi müqaviləsini yeniləyəcək, amma…
“İnter”in hücumçusu Mauro İkardinin həyat yoldaşı və meneceri Vanda Nara, futbolçunun klubdakı gələcəyi haqqında danışıb.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı futbolçunun meneceri onun “İnter”də qalmasını istədiyini deyib:
“Son
oyunda İkardinin komandaya xidməti daha az oldu, amma bu, onun səhvidir. Hər
halda, onun üzərində təzyiq yoxdur. Nə mən, nə də İkardi klub rəhbərliyindən
müqaviləni yeniləmək haqqında nəsə soruşmamışıq. Hər futbolçunun meneceri var. Biz
də işimizdə şəffaf olmağa çalışmışıq.
Mən İkardinin uzun müddət “İnter”də qalmasını istəyərəm. Fikrimcə, o, müqaviləni yeniləcəyək, amma gələcəyi proqnozlaşdırmaq mümkün deyil”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin