Həyat onunla işləmək üçün mənə ikinci şansı verdi – Klopp


“Liverpul”un baş məşqçisi Yurgen Klopp, “Borussiya”da (Dortmund) çalışarkən Sadio Mane ilə bağlı səhv qərar verdiyini etiraf edib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, alman mütəxəssis ən böyük səhvinin “Borussiya”da çalışarkən Maneni Dortmund klubuna transfer etməməsi olduğunu deyib:

“Həyatda bir neçə səhvim olub, onlardan ən böyüyü Sadio Maneni “Borussiya”ya transfer etməmək idi. Biz onunla görüşük və danışdıq. Sonra isə mən bu transferdə əmin olmadığımı gördüm. Amma bu, həqiqətən mənim günahım idi. Həyat mənə onunla işləmək üçün ikinci şansı verdi və ümid edirəm ki, biz bundan istifadə edə bilirik. Mane ilə keçirdiyim vaxt fantastikdir. O, məşhur bir futbolçudur”.

2016-cı ildə “Sauthempton”dan 34 milyon avro qarşılığında “qırmızılar”a transfer olunan Mane, Mersisayd klubunun heyətində keçirdiyi 100 oyunda 42 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button