Həsənli Avropa çempionatının yarımfinalında

Azərbaycanın yunan-Roma güləşçisi Xasay Həsənli Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında yarımfinala yüksəlib.

Komanda.az xəbər verir ki, Həsənli (77 kq) təsnifatda Şahan Acarı (Türkiyə), 1/4 final mərhələsində Aistis Liaugminası məğlub edib.

O, finala gedən yolda Mukuta Politayevlə (Ukrayna) üz-üzə gələcək.

Bu gün mübarizəyə qoşulan Rahim Həsənov (55 kq), Ziya Babaşov (63 kq), Məhəmməd Əhmədiyev (87 kq) və Sərxan Məmmədov (130 kq) ilk görüşlərində uduzublar. Onlar yalnız rəqibləri finala yüksələcəyi təqdirdə təsəlliverici qarşılaşmada iştirak edəcəklər.

Avropa çempionatı martın 19-da başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button