Həsənalızadənin komandası 1-ci Liqaya vida etdi
Azərbaycanlı futbolçuların çıxış etdiyi Türkiyə 1-ci Liqasında son turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Bəxtiyar Həsənalızadənin çıxış etdiyi “Tuzlaspor” aşağı dəstəyə yuvarlanıb.
Bəxtiyarın komandası son turda “Gənclərbirliyi” ilə heç-heçə oynayıb. Həsənalızadənin sonadək ehtiyatda qaldığı qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Hesabında 38 xal olan və 16-cı yeri tutan “Tuzlaspor” “Şanlıurfaspor”la eyni göstəriciyə malik olsa da, top fərqinə görə rəqibindən geri qalıb.
Şanlıurfa klubu milli komandamızın digər üzvü Sərtan Taşkının forma geyindiyi “Manisa”ya 2:0 hesabı ilə qalib gəlib. Azərbaycanlı futbolçu 76-cı dəqiqədə meydana buraxılıb.
“Manisa” mövsümü 40 xalla 12-ci pillədə başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin