Çox xoşbəxtdir
“Real”ın hücumçusu Rodriqo İspaniya kubokunun “Osasuna” ilə final oyununu (2:1) şərh edib.
Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, həlledici qarşılaşmada dubla imza atan futbolçu çox xoşbəxt olduğunu söyləyib:
“Çox xoşbəxtəm. İki qol vurdum, mənim üçün özəl oyun oldu. Bu həftə “Real”ın uzun müddətdir ki, bu kuboku qazanmaması haqda danışmışdıq”.
Braziliyalı futbolçu “22 yaşın var və klubla mümkün bütün titulları qazanmısan” fikrinə də münasibət bildirib:
“Bəli! Ona görə də, ölkə kubokunu qazanmaq istəyirdim. Bu, mənim üçün önəmli idi. Hər zaman daha çoxunu istəyirəm. Kral kuboku xüsusi yarışdır.
Çox xoşbəxtəm. Danışmağa söz tapa bilmirəm. Onun üçün çox darıxırdım, qazanmaq istəyirdim. Mövsüm ərzində gördüyüm bütün işlərə görə özümlə qürur duyuram. Dubl etmək heyrətamizdir. Məncə, bu, xüsusi mükafatdır”.
Paytaxt təmsilçisi tarixində 20-ci dəfə İspaniya kubokunu qazanıb. Kuboku ən çox “Barselona” muzeyinə aparıb – 31 dəfə.
Bizi Facebook-da izləyin