“Hər şey yaxşı səviyyədə təşkil edilib” – Aleksandr Çeferin
Bakıda UEFA İcraiyyə Komitəsinin iclası keçirilib.
Komanda.az xəbər verir ki, iclasdan sonra qitə futbol qurumunun rəhbəri Aleksandr Çeferin jurnalistlərin suallarını cavablandırıb:
- Bu gün keçiriləcək finala Bakı tamamilə hazırdırmı?
- Əlbəttə. İndiki vəziyyətə uyğun olaraq Bakı tamamilə hazırdır. Hər şey yaxşı səviyyədə təşkil edilib.
- Dünən Bakıda Henrix Mxitaryan formasında azarkeş saxlanılıb…
- Mən ancaq konfransdan sonra xəbər tutmuşam. Bitdikdən sonra ətraflı məlumat veriləcək.
- Londondan Bakıya məsafə uzaqdı. Düşünmürsüz ki, bu azarkeşlər üçün problemdi?
- Məsafə ilə götürsən Bakıdan Dublinə də uzaqdı. Futbolun xəritəsini genişləndirmək lazımdı. Mən belə şeylərə qarşıyam. Futbol üçün məsafə olmamalıdı.
- Ermənistan mətbuatı yazır ki, Mxitaryan Azərbaycanın üzərinə diplomatik hücum etdi. Estafeti erməni deputatlarına ötürüb. Siz bu barədə dəqiq nə deyə bilərsiz?
- Bu məsələni şərh etmək istəmirəm. Erməni mətbuatının nə yazdığı məni maraqlandırmır. Azərbaycan dövləti bütün təminatları verdi. Mxitaryanın şəxsi qərarı idi bura gəlməmək. Heç bir problem görünmürdü. (Qafqazinfo)
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin