Salahdan “Barselona” və “Real” iddiaları ilə bağlı AÇIQLAMA

“Liverpul”un hücumçusu Məhəmməd Salah komandadakı gələcəyi ilə bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, adı “Barselona” və “Real”la yanaşı çəkilən misirli futbolçu, bu iddialara belə cavab verib:

“Real” və “Barselona” hazırda ən güclü klublardan ikisidir. Gələcəkdə nəyin baş verəcəyini bilmirik, amma hazırda “Liverpul”la Premyer Liqanı və Çempionlar Liqasını yenidən qazanmaq istəyirəm. Komandada nə qədər qalacağım çətin sualdır. Hər şey “Liverpul”dan asılıdır. Komanda ilə birlikdə mümkün olan bütün rekordları qırmaq istəyirəm. Ümid edirəm ki, bu mövsüm yenidən çempion olarıq”.

2017-ci ildən “Liverpul”un şərəfini qoruyan 28 yaşlı futbolçunun Mersisayd klubu ilə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button