“Hər oyuna əsas futbolçularımızın çıxmasını istəyirəm” – Qurbanov
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 26-cı turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı səfərdə 3:0 hesabıyla qalib gəldikləri matçdan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:
- Öncə futbolçularımı təbrik edirəm. Vacib qələbə qazandıq. Bəlkə oyun bir az sönük görünürdü. Ancaq çox əziyyət çəkdilər. Çox çalışdılar ki, düzgün oynasınlar. “Zirə”yə də uğurlar arzulayıram.
- “Zirə” 8 futbolçusunu qorumuşdu. Siz isə əsas heyətlə meydana çıxmışdınız. Hərçənd, sizi də kubokda çətin yarımfinal matçı gözləyir. İtkilərinizi göz önünə gətirirdiniz, yoxsa..?
- Hər oyuna əsas futbolçularımızın çıxmasını istəyirəm. Qəbələdə çox da rotasiya etməmişdik. Bu gün çempionat matçının bizim üçün vacib olduğunu bilirik. Eləcə də “Qəbələ”ylə kubok. Hər ikisi bizim üçün çox önəmlidi.
- Rəqibin heyətlə bağlı sürpriz edəcəyini gözləyirdiniz?
- Hardasa hə. Çünki Samir Abasov rotasiya etməyi çox xoşlayır. Rəqibin ən yaxşı oyununa hazırlaşmışdıq. Çempionatda son görüşdə bizə qarşı yaxşı oynamışdılar.
- “Neftçi” – “Sumqayıt” matçını stadiondan izləyəcəksiniz?
- Yəqin ki, çatmayacam, evdən izləyəcəm. (Sport24)
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin