Hər mövsüm üçün 12 milyon avro!

“Barselona”nın hücumçusu Rafinya gələn mövsüm klubu tərk edə bilər.

Komanda.az “SportWitness”-ə istinadən xəbər verir ki, “Nyukasl” 26 yaşlı futbolçunu transfer etmək üçün əsas namizəddir. İngiltərə klubu braziliyalı futbolçuya hər mövsümə görə 12 milyon avro (həftədə 230 min avro) təklif etməyə hazırdır.

Daha əvvəl “sambaçı” ilə “Çelsi” və “Arsenal”ın da maraqlandığı bildirilirdi.

Rafinya 2022-ci ilin yayında “Lids”dən “Barselona”ya keçib. O, bu mövsüm bütün yarışlarda 45 oyuna çıxıb, 10 qol vurub və 11 məhsuldar ötürmə edib.

Onun “Barsa” ilə müqaviləsi 2027-ci ilin yayına qədər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button