“Qrup mərhələsinə vəsiqə qazanmaq asan olmayacaq” – “Viktoriya”nın futbolçusu

“Qarabağ”la oyunların nəticəsinə təsir etmək imkanımın olması mənim üçün böyük motivasiyadır”.

Komanda.az xəbər verir ki, bunu Çexiyanın “Viktoriya” (Plzen) klubunun futbolçusu Erik Yirka Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl deyib.

Slovakiya Futbol İttifaqının rəsmi saytına müsahibə verən 25 yaşlı futbolçu, çox yaxşı heyətlərinin olduğunu bildirib:

“Hər kəs qrup mərhələsinə yüksəlmək üçün əlindən gələni edəcək. Komandanın avrokuboklarda çıxış etməsi mənim bura gəlməyimdə böyük rol oynayıb. Hər klubun Çempionlar Liqasının qrupunda oynamaq imkanı yoxdur. Amma qrup mərhələsinə vəsiqə qazanmaq asan olmayacaq”.

Bu gün keçiriləcək “Qarabağ” – “Viktoriya” matçı saat 20:45-də başlayacaq. Cavab oyunu avqustun 23-də Plzendə olacaq.