“Hər kəs onun bizim üçün nə qədər vacib olduğunu bilir” – Moura

İngiltərənin “Tottenhem” klubunun futbolçusu Lukas Moura komanda yoldaşı Harri Keynlə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı futbolçu, London klubundan ayrılacağı deyilən Keynin qalmağını istədiyini deyib:

“Keynin gələcəyi haqqında danışmaq çətindir, bu, onun şəxsi qərarıdır. Əminəm ki, “Tottenhem” hər mövsüm onunla bağlı təklif alır. Keynlə bağlı qərarları mən verə bilmərəm, amma növbəti mövsüm onunla birlikdə oynamaq istəyərəm. Onun komandada qalmasını istəyirəm, çünki Harri bizim üçün vacib bir futbolçudur və onun kimi yeni hücumçu tapmaq çətin olacaq. Hər kəs onun bizim üçün nə qədər vacib olduğunu bilir”.

Keynin adı “Mançester Yunayted”lə yanaşı çəkilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button