“Hər bir futbolçunu yaxşı təhlil etmişik” – “Zirə”nin müdafiəçisi

Bu gün Avropa Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Zirə” – “Şerif” matçının oyunöncəsi mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, Bakı klubunun müdafiəçisi Ruan Renato mətbuat konfransında sabahkı oyunun ilk matçdakından daha gərgin keçəcəyini bildirib:

“Düşünürəm ki, sabahkı matç ilk oyundan daha gərgin olacaq. Çünki rəqib də müəyyən hazırlıq keçib. Daha yaxşı vəziyyətdə gələcəklər. Amma doğma meydandayıq, azarkeşlər bizi dəstəkləyəcək.

Rəqib daha motivasiyalı olacaq. Xüsusilə, birəbir mübarizələrdə daha effektlidirlər. Hər top uğrunda mübarizə aparacaqlar. İlk oyunda qələbə qazanmaq mərhələ adlamaq üçün yetmir. Həm daha yaxşı müdafiə olunmalı, həm də hücumlarda şanslarımızı axtarmalıyıq.

Bu dəfə daha çox irəli atılmağa çalışacaqlar. İlk matçdan sonra onlara qarşı oyun təcrübəmiz var. Hər bir futbolçunu yaxşı təhlil etmişik. Onların nəyə qadir olduqlarını bilirik. Buna görə, əlimizdən gələnin ən yaxşısını edib rəqibi mübarizədən kənarlaşdırmağa çalışacağıq”.

“Zirə” və “Şerif” arasında cavab matçı iyulun 18-də, saat 20:00-da “Dalğa Arena”da keçiriləcək. Moldovadakı ilk görüşdə Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda 1:0 hesablı qələbə qazanıb.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button