Həndbol: Liderlər “sülh”ə razılaşdı
Kişi həndbolçular arasında Azərbaycan çempionatında 14-cü turun daha bir oyunu keçirilib.
Komanda.az xəbər verir ki, mərkəzi görüş Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutub.
Çempionluğa iddialılar “Kür” və “Bakı” üz-üzə gəliblər. Qarşılaşma heç-heçə yekunlaşıb – 26:26.
Bununla da, “Kür” 20 xalla liderliyini davam etdirib. “Bakı” və “Azəryol” hərəyə 18 xalla 2-3-cü yerləri bölüşdürürlər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin