
Həndbol: Bu gün iki oyun keçirilib
Kişi həndbolçular arasında Azərbaycan çempionatının 10-cu turunda bu gün iki oyun keçirilib.
Komanda.az xəbər verir ki, “Dinamo” komandası U-17-ni 44:31 hesabı ilə məğlub edib.
“Bakı” isə “Azəryol” üzərində qələbə qazanıb – 36:30. Hər iki görüş “AHF Arena” İdman Kompleksində təşkil olunub.
10-cu turun daha bir matçı sabah keçiriləcək. “Kür” Olimpiya İdman-Tədris Mərkəzində “Kür” komandası “Qarabağ”ı qəbul edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin