Gürcü futbolçudan həmyerlisinə və Vinisiusa dəstək

“Napoli”nin futbolçusu Xviça Kvaratsxeliya İspaniya La Liqasının 35-ci turunun “Valensiya” – “Real” matçında (1:0) irqçi çıxışlara məruz qalan Vinisius Junior haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, meydan sahiblərinin qolkiperi, həmyerlisi Georgi Mamardaşvilidən də söz açıb, ona dəstək olub:

“Mən onu uşaqlıqdan tanıyıram, birlikdə böyümüşük. Akademiyada birgə çıxış etmişik. Futbolda ilk addımlarımızı birlikdə atmışıq.

Onun dostlarını və komanda yoldaşlarını lazım gəldikdə qoruyacağını və yardım edəcəyini bilən çox az adam var. Georgi yaxşı insan və qapıçıdır. O, sadəcə həmin epizodda komanda yoldaşlarını müdafiə etdi. Futbolda irqçiliyə yer yoxdur. Vinisius, biz bu məsələdə səninlə birlikdəyik!”

Vinisius 2018-ci ildən “Real”da forma geyinir. Onun klubla müqaviləsi 2024-cü ilə qədər nəzərdə tutulub.

“Sambaçı” cari mövsümdə “kral klubu”nun heyətində 32 liqa oyununa çıxıb, 10 qol vurub və 9 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button