Həmyerlisi Ronaldo haqda – “Bir şey bilirəm, amma…”

“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes hücumçu Kriştiano Ronaldonun gələcəyi ilə bağlı sualı cavablandırıb.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı futbolçu, həmyerlisinin sakit göründüyünü deyib:

“Mən bir şey bilirəm, amma dəqiq nəsə deməyəcəm. Kriştiano sakitdir, o, bu həftə yaxşı iş gördü. O, həmişə etdiyi kimi, işləyir”.

MY dünən Premyer Liqanın 3-cü turu çərçivəsində “Liverpul”u 2:1 hesabı ilə məğlub edib.

Ronaldo avqustun 17-də gələcəyi ilə bağlı təfərrüatların bir neçə həftə ərzində açıqlanacağını bildirib.

37 yaşlı portuqaliyalının “Mançester Yunayted”lə müqaviləsi 2023-cü ilin yayında başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button