“Həmişə demişəm ki, ölkədə ən böyük korrupsiya faktı AFFA-da aşkar ediləcək”
AFFA tərəfindən Tovuzda “Turan Tovuz” klubunun nəzdində futbol akademiyasının inşa etdirildiyini xəbər vermişdik.
Komanda.az xəbər verir ki, federasiyanın akademiyanın tikintisindən korrupsiya məqsədləri üçün istifadə etdiyi iddiaları var. Bu barədə “Xəzər Lənkəran” klubunun mətbuat xidmətinin keçmiş rəhbəri Hüseyn Cəbrayıloğlu da öz sosial şəbəkə hesabında yazıb:
“Rövnəq Abdullayev (AFFA prezidenti) Tovuzda futbol akademiyasının açılışını edib. Köhnə binaya dörd qutu boya, pəncərələrə plastik vurublar və üç kiçik ölçülü süni meydança salıb, UEFA-dan gələn milyonları siliblər. Həmişə demişəm ki, ölkədə ən böyük korrupsiya faktı AFFA-da aşkar ediləcək, amma nə vaxt, bilmirəm”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin