“Həmin komanda Çempionlar Liqasını qazanmağa layiq idi” – Mourinyo
“Real”ın keçmiş baş məşqçisi, hazırda “Tottenhem”i çalışdıran Joze Mourinyo açıqlama verib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis, “kral klubu”ndakı karyerası ilə bağlı danışıb:
“2011-12 mövsümündə “Real” İspaniyanın və Avropanın ən güclü komandası idi. “Barselona”nın ölkədəki hegemonluğunu bitirdik və bunu rekordlar qıraraq, tarix yazaraq bacardıq.
Həmin komandada Kriştiano Ronaldonu və ya bir başqasını xüsusiləşdirməyi sevmirəm. Hər bir futbolçu bizim üçün vacib idi, çünki hər biri komandada böyük rol oynayırdı. Hər kəs oyunlarda qalib gəlmək, titullar qazanmaq istəyirdi. Həmin komanda Çempionlar Liqasını qazanmağa layiq idi”.
Mourinyo 2010-2013-cü illərdə “Real”ı çalışdırıb.
Bizi Facebook-da izləyin