“O günü heç vaxt unutmayacam” – “Yuventus”un futbolçusu

“Yuventus”un futbolçusu Merih Demiral açıqlama verib.

Komanda.az “Bleacher Report”a istinadən xəbər verir ki, 22 yaşlı türk futbolçu, cari mövsümdəki çıxışı və “qoca sinyora”nın digər üzvü Kriştiano Ronaldoyla bağlı danışıb:

“Mövsüm mənim üçün yaxşı başlamışdı. Zədələndiyim günə qədər hər şey yaxşı idi. O günü heç vaxt unutmayacam. Hazırda özümü yaxşı hiss edirəm və tezliklə komandaya qatılacam.

Çempionlar Liqası dünya çempionatından sonra ən böyük turnirdir. Ronaldo beş dəfə bu turniri qazanıb. Onun təcrübəsi bizim üçün çox vacibdir. Ronaldo çox peşəkar futbolçudur. Bir dəfə “Udineze” ilə oyunda iki qol vurmuşdu və matçdan sonra da qalıb məşq edirdi. Həmin gün birlikdə çalışmışdıq. O, hər zaman çox çalışmağın nə qədər vacib olduğunu deyir. Həmin gün Ronaldonun futbola olan həvəsini və xarakterini daha yaxşı başa düşmüşdüm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button