“Hələlik Messini tək qoymalıyıq”
Argentina millisinin müdafiəçisi Lisandro Martines Lionel Messinin yığmadakı gələcəyi ilə bağlı danışıb.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, “Mançester Yunayted”in futbolçusu argentinalı hücumçunun milli komandadakı çıxışı haqda bunları deyib:
“Hələlik Messini tək qoymalıyıq. Qoy, qələbənin həzzini yaşasın. Milli komandada bizimlə birgə oynamağa davam etsə, bu, hamımız üçün yaxşı olacaq”.
Argentina millisi DÇ-2022-nin finalında Fransanı penaltilər seriyasında məğlub edərək (3:3, penaltilər – 4:2), tarixində üçüncü dəfə dünya çempionatının qalibi olub. Cənubi Amerika təmsilçisi 1978 və 1986-cı illərdə də dünyanın ən güclü komandası adını qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin