“Hələ tam potensialımızı göstərməmişik”

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente UEFA Millətlər Liqasının Portuqaliya yığması ilə final oyunu barədə fikirlərini bölüşüb.

Qarşılaşmanın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb və əlavə vaxtda hesab dəyişməyib. Penalti seriyasında isə portuqaliyalılar üstün olub – 5:3.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, De la Fuente qələbəyə çox yaxın olduqlarını bildirib:

“Bu oyunu uğursuzluq adlandırmaq olarmı? Biz qələbəyə çox yaxın idik və bu, uğurlu çıxış deməkdir. Qarşımızda çox güclü rəqib vardı. Komandamız yüksək səviyyədə oynadı və bu artıq bir nailiyyətdir. Hələ tam potensialımızı göstərməmişik. Komandamızda çoxlu gənc oyunçu var”.

Penalti seriyasında yeganə qeyri-dəqiq zərbə İspaniya millisinin hücumçusu Alvaro Morataya məxsus olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button