
Hələ qərar verməyib
“Mançester Siti”nin yarımmüdafiəçisi İlkay Gündoğan komandadakı gələcəyindən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, türk əsilli almaniyalı futbolçu karyerası ilə bağlı hələlik qərar vermədiyini bildirib:
“Mənim gələcəyim? Mən hələ yekun qərar verməmişəm”.
32 yaşlı futbolçunun “Mançester Siti” ilə hazırkı müqaviləsi 2023-cü ilin iyun ayının sonuna qədərdir.
Gündoğan bu mövsüm bütün turnirlərdə 51 oyuna çıxıb, 11 qol vurub və 7 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin