“Hələ heç nə bitməyib” – Ançelotti

“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/8 final mərhələsində PSJ-yə uduzduqları oyun (0:1) barədə danışıb. 

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 62 yaşlı mütəxəssis cavab matçında Paris təmsilçisini məğlub edəcəklərinə inandıqlarını deyib: 

“PSJ qələbəyə layiq idi. Amma biz özümüzə güvənirik. Cavab oyununda doğma meydanda, öz azarkeşlərimiz qarşısında çıxış edəcəyik. Düzdür, PSJ daha şanslıdır. Amma hələ heç nə bitməyib. Qarşıda daha bir 90 dəqiqə var”. 

Bu komandalar arasında cavab oyunu martın 9-da Madriddə keçiriləcək. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button