“Hələ elə də qoca deyiləm” – “Qarabağ”ın futbolçusu

“Çox sevinirəm ki, komandamın heyətində 400 oyun keçirmişəm. Azərbaycanın ən güclü klubunda oynamaq hər kəsə nəsib olmur”.

Komanda.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev klubun rəsmi saytına açıqlamasında deyib.

Azərbaycan Premyer Liqasının son turunda “Keşlə” ilə görüşdə Ağdam klubunda 400-cü matçına çıxan millimizin üzvü, yubileyi ilə bağlı fikirlərini bölüşüb. O, bu rəqəmi artırmaq istədiyini bildirib: 

“13 ildir eyni komandada çıxış edirəm. Çox sevindirici bir haldır. Gözləmirdim ki, simvolik formanı övladlarım mənə təqdim edəcək. Bu daha çox xoş oldu. Başqası da formanı versəydi, sevinərdim, amma bu, tam fərqli bir hissdir. Öz uşaqların gəlib sənə forma verəndə tamam başqa olur. Bu sürprizi çox bəyəndim. Çalışacam ki, “Qarabağ”da oyunlarımın sayını çoxaldım. Hələ elə də qoca deyiləm (gülür). İnanıram ki, oynasam, bu rəqəmi daha da artıra bilərəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button