
Həbibin Ferqussonla döyüşü ləğv edildi
UFC turniri çərçivəsində Həbib Nurməhəmmədovun aprelində 18-də keçirilməsi nəzərdə tutulan döyüşü ləğv edilib.
Komanda.az xəbər verir ki, Nurməhəmmədovun amerikalı Toni Ferqussonla döyüşü koronavirus pandemiyası səbəbiylə ləğv edilib. Bu barədə Həbib sosial şəbəkə hesabından açıqlama verib.
Görüşün Nyu-Yorkda keçirilməsi nəzərdə tutulurdu.
Nurməhəmmədov keçirdiyi 28 döyüşdə məğlub olmayıb, Ferqusson isə 25 döyüşdə 3 dəfə məğlub olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin