“Çempionlar Liqasının səviyyəsi artır”

“Atletiko”nun yarımmüdafiəçisi və kapitanı Koke Çempionlar Liqasının 1/8 finalında “İnter”lə keçiriləcək oyun haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu matçı qələbə ilə bitirmək üçün əllərindən gələni edəcəklərini deyib:

“Bu, əla komandadır. Onlar həm hücum etməyi, həm də müdafiə olunmağı bilirlər. Gərgin mübarizəli oyun olacaq. Ümid edək ki, qalib gələcəyik. “İnter”in əsas üstünlüyü? Fərdi oyunçuların xaricində bir komanda olaraq gördükləri iş. Hər matçda nə üçün oynadıqlarını bilirlər, yaxşı hazırlıqlı heyətləri var. Nə edə biləcəyimizi anlamağa çalışırıq. Elə vaxtlar olur ki, yaxşı oynaya bilirsən, amma bəzən əziyyət çəkib mübarizə aparmalı olursan.

Çempionlar Liqasının səviyyəsi artır və biz onu daha da yaxşılaşdırmalıyıq. Ümid edirik ki, oyunumuzun zirvəsində olacağıq və bu matçı qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button