“Gəncədə “Kəpəz”i məğlub etmək çox çətindir”
“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 3-cü turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 0:2 hesabıyla uduzduqları görüşdən sonra keçirilən mətbuat konfansında bunları söyləyib:
“Qərb derbisi həmişə maraqlı və gərgin keçir. Havanın isti olması çox çətinlik yaratdı. Bilirdik ki, rəqib ilk dəqiqədən təzyiq edəcək. Futbolçularım soyuqqanlılığını qorudu. Vacib qələbə qazandıq. Gəncədə “Kəpəz”i məğlub etmək çox çətindir. Yolumuza davam edirilk.
“Kəpəz” iki oyundur ki, əks-hücumlarda oynayır. Gözləyirdm ki, evdə hücuma atılacaqlar. Belə çətin havada mövqe hücumları önəmlidir. Epizodlardan istifadə etdik.
Əlbəttə, xal baxımından nəticələrimiz əladır. Nəzərə alaq ki, bir oyunda “Qarabağ”a uduzmuşuq, digər görüşlərdə qalib gəlmşik. Bunu qoruyub-saxlamaq lazımdır. Çempionatımız çox çətindir. Komandalar bir-birinə yaxındır, hamı digəri məğlub edə bilər.
Diqqətimizdə olan, danışıq apardığımız futbolçular var. Transfer istəyirik. Ən azı orta xətdə bir futboçlçuya ehtiyac var.
Hücumçulardan razıyıq. Belaydi Pusinin qol vurmasına çox sevindim. Martin Petkov gənc futbolçudur, ondan çox şey gözləyirik. Otto Con zədədən sonra tam bərpa olunmayıb”.
Bizi Facebook-da izləyin