Gəncədə “istefa” səsləri

“Kəpəz” Premyer Liqanın 23-cü turunda Gəncədə “Şamaxı”nı qəbul edib.

Komanda.az xəbər verir ki, oyun gəncəlilərin 3:2 hesablı qələbəsi ilə başa çatsa da, matçın gedişində bir qrup azarkeş komandanın baş məşqçisi Tərlan Əhmədovu istefaya səsləyib.

Son vaxtlar “Kəpəz”də “sular durulmur”. Klubda daxili qruplaşmalar olduğu, bəzi şəxslərin Tərlan Əhmədovun komandadan göndərilməsinə çalışdığı barədə söz-söhbətlər var.

“Kəpəz” “Şamaxı” üzərində qələbədən sonra Premyer Liqada 17 xalla 8-ci pillədə qərarlaşıb.

Uğur

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button