Gəncə stadionu ilə bağlı fikir ayrılığı – “Kəpəz” rəhbərliyi 10 minə razılaşmır
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və AFFA tərəfindən “Kəpəz”in ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionuna bir neçə dəfə baxış keçirilib.
Komanda.az-ın əldə etdiyi məlumata görə, baxış zamanı stadionun qəzalı tribunalrının təmiri, azarkeş tutumunun 10 min nəfərə qədər azaldılmasi müzakirə olunub. Lakin “Kəpəz” rəhbərliyi bu sayın az olacağını bildirərək, etiraz edib. Arenanın hazırkı tutumu 27 000 tamaşaçıdır.
Xatırladaq ki, Gəncə şəhər stadionunun qazonu acınacaqlı durumda olduğu üçün “Kəpəz” ev oyunlarını Qəbələ şəhər stadionunda keçirir.
Qərb təmsilçisi hazırda Azərbaycan Premyer Liqasının turnir cədvəlində 29 xalla 7-ci pillədə qərarlaşıb. “Kəpəz” 33-cü turda “Sabah”a məğlub olub – 0:3. Növbəti turda onlar “Zirə” səfərinə yollanacaq.
Bizi Facebook-da izləyin